14 C
Baku
16 Noyabr 2025, 7:08
Dünya

“Ərdoğan Zəfər Günü üçün Azərbaycana gələcək”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər edəcək. O, rəsmi mərasimlərdə iştirak edəcək və Azərbaycan rəhbərliyi ilə görüşlər keçirəcək.

Mövzu ilə bağlı politoloq Tənzilə Rüstəmxanlı açıqlamasında qeyd edib ki, rəsmi Ankaranın son hərbi-strateji və siyasi-diplomatik qərarları Türkiyənin artıq yalnız regiondakı hadisələrə reaksiya verən oyunçu olmadığını göstərir:

“Əksinə, Türkiyə indi dünyada və regionda geopolitik proseslərin idarə olunmasında birbaşa iştirak edən strateji aktor statusu qazanıb. Türkiyənin Cənubi Qafqazda maraqları ilk növbədə Azərbaycanla olan etnik, tarixi və mədəni əlaqələrə əsaslanır. Türk dövlətləri ilə yaxın əməkdaşlığı dəstəkləyən Türkiyə Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirir və bu əməkdaşlığı strateji müttəfiqlik səviyyəsinə çatdırıb. Bu gün bütün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət yoxdur və belə birgəliyi təsəvvür etmək də mümkün deyil. Bu doğmalıq dövlət siyasətinin ən üst məqamından tutmuş hər bir cəmiyyət üzvünün münasibətinə qədər geniş bir sferanı əhatə edir. Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün də önəmli amilə çevrilib. Türkiyə ilə Azərbaycan arasında əlaqələr hərtərəfli şəkildə inkişaf edir. Həmçinin iki ölkənin həmrəyliyi ümumilikdə türk dünyasının birgəliyinə, qlobal gücə çevrilməsinə böyük təkan verir”.

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı 

Aynur Camal

Oxşar xəbərlər

Samsung Galaxy S25 Ultra üfüqdə göründü

Teymur Əziz

Kiyevdə partlayışlar baş verdi

Bugün TV

Amerikalılar arasında İsrailə dəstək azalır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu