Bugun.tv xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Türkiyənin siyasi tarixində birbaşa ümumxalq səsverməsi ilə seçilən ilk prezident olub. Bundan əvvəlki bütün dövlət başçıları Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvləri tərəfindən seçilib. 2014-cü il avqustun 10-da 41 milyon seçici 3 namizəd arasından Türkiyənin 12-ci Prezidenti postuna ən layiqli namizədi seçmək üçün səs verib. Artıq ilk turda prezidentlik yarışının şübhəsiz favoriti – adı ilə Türkiyənin son iyirmi ilin nailiyyətlərinin bağlı olduğu siyasətçi Rəcəb Tayyib Ərdoğan oldu.
Türkiyə liderinin təşəbbüsü ilə 2018-ci ilin iyulunda ölkə idarəetmə formasını dəyişərək Prezident Respublikasına çevrildi.
Mənbə: AZƏRTAC