8 C
Baku
12 Dekabr 2024, 12:37
Baş xəbərDünya

Erkən seçki qərarı

Almaniyada Olaf Scholz-un ​​rəhbərlik etdiyi üçlü koalisiya, Scholz maliyyə nazirini vəzifədən azad etdikdən sonra fevralın 23-də erkən seçkiyə qərar verildiyini açıqladı.

Almaniyada koalisiya hökuməti dağıldı…

SPD, Yaşıllar və CDU/CSU partiyalarının parlament qrupları erkən seçki tarixi ilə bağlı razılığa gəliblər.

Əldə edilən razılaşmaya əsasən, növbədənkənar seçkilər 2025-ci il fevralın 23-də keçiriləcək. Lakin bu məsələ ilə bağlı yekun qərarı prezident Frank-Valter Ştaynmayer verəcək.

Ölkədə növbədənkənar seçkilərin təyin edilməsi üçün baş nazir Olaf Şolz əvvəlcə Federal Məclisdən etimad səsverməsi tələb etməlidir.

Baş nazir etimad səsi ala bilmədikdən sonra prezident 21 gün ərzində parlamenti buraxmalı və 60 gün ərzində seçkilər keçirməlidir.

Baş nazir Şolz noyabrın 6-da Almaniyadakı hökumət tərəfdaşları, SPD, Yaşıllar və Azad Demokratik Partiyasının (FDP) nümayəndələri ilə keçirdiyi görüşdə həm də FDP sədri olan maliyyə naziri Kristian Lindneri vəzifəsindən azad edib.

İclasdan sonra FPD hökumətdən nazirlərini geri çəkdi və rənglərinə görə “svetofor koalisiyası” adlandırılan hökumət dağıldı.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

300 min şagird məktəbə gedə bilmir

Aynur Camal

Prezident İlham Əliyev Türkiyədə səfərdədir

Bugün TV

İlham Əliyev Bakıda əsaslı şəkildə yenidən qurulan Nərimanov parkının açılışında iştirak etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu