17 C
Baku
10 İyun 2025, 5:20
Baş xəbər

“Ermənistan öz çirkin niyyətlərinə çatmaq üçün bütün təxribatları reallaşdırmağa çalışır”

“Ermənistanın əsas hədəflərindən biri sülh prosesindən mümkün vasitələrin hamısından istifadə edərək yayınmaqdan ibarətdir. Ermənistan öz çirkin niyyətlərinə çatmaq üçün bütün təxribatları reallaşdırmağa çalışır. Əlbəttə ki, burda təkcə Ermənistan deyil, bu ölkəni  qızışdırıb Azərbaycanın üzərinə salmağa çalışan xarici havadarlarınında çox böyük əli var və bütövlükdə xarici güc faktorları Ermənistandan istifadə edərək bölgədə gərginlik yaradmağa çalışırlar”

Bugun tv-yə bu barədə politoloq Tural İsmayılov danışıb. Onun sölərinı görə, Azərbaycanın sülhlə bağlı çağırışları intensivləşdikcə Ermənistanın da Azərbaycan əleyhinə təhdidtləri və eyni zamanda müharibə ritorikası daha da sərtləşməyə doğru gedir.

“Bütövlükdə hesab edirəm ki, bu gün beynəlxalq aləmdə ermənistana dəstək olan qüvvələr Ermənistanı Azərbaycanla müharibəyə təhrik edir, qızışdırır və bunun nəticəsində Ermənistan dövlətinin ala biləcəyi növbəti dəmir yumruqdan necə sarsılacağını düşünmürlər. Əsas məsələ bu gün Cənub Qafqaz bölgəsində gərginlik fonu yaratmaq və bununla bağlı mənzərə formalaşdırmaqdır ki, bu məsələdə Ermənistandan oyuncaq kimi istifadə edirlər”, – T.İsmayılov bildirib.

Müxbir: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Tanınmış jurnalist bədbəxt hadisədən belə xilas oldu – FOTOLAR + VİDEO

Bugün TV

Kosmetika haqqında bilməli olduğunuz 8 əsas nüans – dəriyə qulluq və dekorativ

Aynur Camal

“Mülki əhalinin bu qədər hədəf alındığı bir döyüş meydanı görməmişdik”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu