16 C
Baku
12 Oktyabr 2025, 0:15
Siyasət

Ermənistan parlamenti Azərbaycanla sülh barədə bəyanat qəbul etdi..

Politoloq Məhəmməd Əssədullazadə Azərbaycan və Ermənistan liderlərinin növbəti dəfə Kopenhagendə ASB sammitində görüşündən yazıb.

O qeyd edib ki, görüş müsbət atmosferdə keçib. Görüşdə ikitərəfli əlaqələrin normallaşması istiqamətində atılacaq addımlar, həmçinin Zəngəzur dəhlizinin açılması və Konustitusiya referendumundan sonra Yekun sülh müqaviləsi müzakirə edilməsi mümkündür. Həmçinin Anklav kəndlərlə bağlı razılaşma əldə edilib. Bu, Ermənistanda keçiriləcək seçkilərdən sonra, proses başlayacaq.

Qeyd edim ki, görüşüb müsbət istiqamətdə getməsi fonunda Ermənistan parlamenti Azərbaycanla Sülh barədə bəyanat verib. Bu bəyanat müsbət və ikitərəfli əlaqələrin normallaşması istiqamətində mühüm bir prosesdir.

Bundan əlavə, parlamentdə hakim partiya seçki öncəsi bu kimi bəyanat verməklə, siyasi sistemi çalxaladı. Azərbaycanla sülh bəyanatına R. Koçaryan və S. Sarkisyan partiyası qoşulmayıb və zaldan çıxıb. Bununla N. Paşinyan müxalifətin sülhün əleyhinə olduğunu və müharibəyə üstünlük verdiyini açıq şəkildə xalqa göstərdi.

Müxalifət Ermənistanda müharibə partiyası kimi təqdim olunacaq. Bununla da N. Paşinyan müxalifətin tabutuna “mismarini vurmuş” oldu.

Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə 

Aynur Camal

Oxşar xəbərlər

Serbiya Qərbin təzyiqlərinə baxmayaraq anti-Rusiya sanksiyalarını rədd etməyə davam edəcək – Vuçiç

Kəmalə Sultan

İranın hərbi nümayəndə heyəti Ağdamda olub

Bugün TV

Sudandan təxliyə edilənlərin sayı 1500-ə çatdı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu