İstanbulun Beyoğlu şəhərindəki Surp Pırgiç Erməni Katolik Kilsəsinin iqamətgah hissəsində baş verən yanğında 2 nəfər həyatını itirib, 2 nəfər isə tüstüdən təsirlənərək xəstəxanaya çatdırılıb. Kilsəsədə yanğının yaşayış yerində naməlum səbəbdən baş verdiyi bildirilib. Yanğın zamanı yataqxanaların yerləşdiyi binada ard-arda 3 partlayış səsi eşidilib. Xəbərdarlıq üzərinə hadisə yerinə çox sayda sağlamlıq, xilasetmə və polis qrupları göndərilib.
Kompleks şəklində olduğu öyrənilən kilsənin 3 binadan ibarət olduğu öyrənilib: ibadət yeri, inzibati şöbələrin olduğu hissə və yaşayış yeri kimi istifadə edilən hissə. Hadisə kilsənin sığınacaq kimi istifadə edilən hissəsində baş verdiyi və digər hissələrə keçdiyi deyilib. Yanğınsöndürənlərin qısa müddətdə müdaxilə etdiyi yanğın təxminən 4 saat davam edən işdən sonra söndürülə bilib. Faktla bağlı araşdırma aparılır.
Mənbə: hürriyyət.com