9 C
Baku
21 Dekabr 2025, 15:46
Sosial

“Erməni vəhşiliyinin növbəti təzahürü”

“Ermənistanda keçirilən, bu ölkənin Baş nazirinin də iştirak etdiyi beynəlxalq yarışmada Azərbaycan bayrağının yandırılması, bu cinayəti törədən şəxsə Ermənistanda qəhrəman münasibətinin bəslənməsi bu millətin vəhşi və barbar olduğunu bir daha göstərdi”.

Bugun.tv xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov facebook hesabında paylaşıb.

“Ermənistan və ermənilər uzun illərdir bütün dünyada təbliğat aparır ki, Azərbaycanlılar vəhşi və barbar xalqdır. Ona görə bizim onlarla birgə yaşamağımız qeyri-mümkündür. Əslində isə reallıq göz qabağındadır. Əsil vəhşi və barbar ermənilərdir. Heç şübhəsiz ki, erməniləri belə cinayətləri ard-arda törətməyə təşviq edən cəzasızlıqdır. Nə qədər ki, beynəlxalq təşkilatlar ermənilərin Azərbaycanlılara qarşı törətdikləri cinayətlərə hüquqi qiymət verməyib, onları cəzalandırmayıb belə də olacaq.

Hər zaman olduğu kimi, bu dəfə də Azərbaycana və Azərbaycanlılaraq qarşı hər zaman kəskin mövqeyi ilə seçilən beynəlxalq təşkilatlar, nə də ayrı-ayrı dövlətlər ermənilər tərəfindən Azərbaycan əsgərinə və bayrağına qarşı törədilən vəhşiliklə bağlı kəskin mövqe nümayiş etdirmədilər. Yoxsa erməni və xristian təəssübkeşliyi, islamafob və türkəfob düşüncə tərzi bu vəhşilikləri görməyə imkan vermir? Reallıq budur.

Eyni zamanda, düşünürəm ki, Azərbaycan vaxtında çox doğru qərar qəbul edərək yarışlarda iştirakdan imtina etdi. Belə vəhşiliyə elə də kəskin reaksiya olmalı idi. Özünə hörmət edən hər bir dövlət elə etməli idi.

Beynəlxalq idman təşkilatları da bu məsəldə öz kəskin mövqelərini ortaya qoymalı, bu barbarlığı qətiyyətlə pisləməlidirlər. Əks halda belə təxribatlar davamlı xarakter alacaq”,- C.Məmmədov vurğulayıb.

Müxbir: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şirvan şəhərində tədbiri baş tutub

Bugün TV

Orucluğun 24-cü gününün imsak və iftar vaxtının duaları

Aynur Camal

Naxçıvan “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu