19 C
Baku
8 Sentyabr 2024, 3:22
Baş xəbərSiyasət

“Ermənilərin Norveçdə Azərbaycanla bağlı formalaşdırdıqları mənfi fikirləri dəyişdirməyi bacarmışıq”

“Norveç kimi bir radikal ölkədə biz Azərbaycan həqiqətləri ilə bağlı məqalə yazıb, tez-tez yerli mətbuatda, informasiya agentliklərində çap etdiririk. Buna nail olmaq düzdü, çətindi, amma mümkünsüz də deyil. Halbuki, bunu tək mən yox, hər kəs – digər xarici ölkələrdə fəaliyyət göstərə diaspora təşkilatları da edə bilərlər”.

Norveçdə yaşayan və fəaliyyət göstərən “CAN” Azərbaycan-Norveç Mədəniyyət Körpüsü Quruculuğu Təşkilatının sədri Şervin Nəcəfpur  “Bu gün tv”-nin qonağı olub. O, diaspor fəaliyyəti zamanı rastalaşdıqları   “Təəssüsflə qeyd etməliyəm ki, azərbaycanla dost münasibətlərində olan ölkələrdəki diaspor fəallarımız yerli mətbuata daha tez-tez çıxa bilərlər, amma etmirlər. Yəni biz istəsək, ökəmizə olan bütün mənfi fikirləri, təəsüratları dəyişdirə bilərik. Norveçdə yaşayan, çalışan bir azərbaycanlı kimi biz artıq buna nail olmuşuq. Bütün gücümüzü səfərbər edib, gördüyümüz bu dəyərli işləri davamlı olaraq həyata keçiririk”.

O, Norveçdəki fəaliyyətlərindən və bu xalqın azərbaycanlılar haqda düşüncələrindən danışdı. “Norveçin Azərbaycana qarşı münasibəti bizim ürəyimizcə deyil. Erməni lobbisi vaxtı ilə burada yalanlar üzərində qurduqları iddiaları ilə norveçlilərdə özlərinə qarşı humanist fikir formalaşdırmağı bacarıblar. Norveçin çox tanınmış diplomatı Fridtjof Nansen sözdə “erməni soyqırımı” adlandırılan, yalan dolu çoxsaylı kitablar yazıb. 400-ə yaxın erməni uşağını Norveçə gətirib. Siz düşünün, bu uşaqlar necə olublar? Böyüyüblər hüquqşünas, həkim, jurnalist, siyasətçi olublar. Məhz onların bu strategiyalarından dolayı bələdiyyələrdən birinin ərazisində qondarma soyqırım abidəsi qoyublar. Yəni hər şey vaxtla və düzgün strategiyadan irəli gəlir. Mən inanıram ki, biz də öz gücümüzü tamamilə ortaya qoysaq, bu yalanları məhv edə bilərik.Və hansı ki, artıq edirik”.

İctimai birliyin sədri Norveçin qəzetlərində sıx şəkildə Azərbaycan haqqında dezinformasiyalar dərc olunur. “Norveç, İsveç və Finladiyanın səfiri Zaur Əhmədov bu məsələləri daim diqqətdə saxlayır. Bu media qurumlarına dərhal cavab yazılır. Görülən bu kimi işlərin nəticəsi olaraq keçən il 8 qəzetdə və televiziyada bizim həqiqətlərimiz yayımlandı. Bir neçə ay əvvəl, yeni il ərəfəsində də Qarabağ həqiqətləri ilə bağlı Norveçin ən böyük qəzetlərinin birində yazı verildi. Norveçlilər artıq mediada bizə toxuna biləcək məqalə yaymaq istəyəndə artıq iki dəfə düşünürlər. Çünki biz bu məslələri ciddi nəzarətdə saxlayırıq, hər gün medianı təqib edirik. Azərbaycanla bağlı dezinformasiya olanda faktları onların qarşısına qoyuruq”, – Şervin Nəcəfpur vurğulayıb.

Sonda diaspor fəalı il ərzində Norveçdə bir sıra tədbirlərin keçiriləcəyini də bildirib.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

“ll dünya müharibəsi iştirakçılarının sosial müdafiəsi daim diqqət mərkəzindədir”

Aynur Camal

Azərbaycan-Misir sənədləri imzalanıb

Bugün TV

Özəl xəstəxanada dəhşətli yanğın

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu