Bugun.tv xəbər verir ki, Ermənistanda Türkiyədəki seçkilərlə bağlı sorğu aparılıb. Hər kəs “Kılıçdaroğlu gəlsə, bizim üçün daha yaxşı olar” söyləyib.
Xatırladaq ki, Türkiyə mayın 14-də seçkisi keçirildi. Millətin seçimi yenə Rəcəb Tayyib Ərdoğan oldu. Rekord iştirakla keçirilən seçkidə prezident Ərdoğan 49,50%, Kamal Kılıçdaroğlu isə 44,89% səslə birinci olub.
Xalq Alyansı 600 yerlik TBMM-də 323 millət vəkili ilə çoxluğu əldə edərək parlamentdə üstünlük qazandı.
Vətəndaşlar mayın 28-də keçiriləcək ikinci turda Ərdoğan və Kılıçdaroğlu arasında yenidən seçim edəcək. Prosesi bütün ölkələr diqqətlə izləyir.
Ermənistanın paytaxtı İrəvanda keçirilən küçə müsahibələrində ictimaiyyət Kılıçdaroğlunu dəstəklədiklərini bildiriblər.
Mənbə: Ensonhaber
