3 C
Baku
14 Dekabr 2025, 14:38
Baş xəbərDünya

Ermənipərəst senatora qarşı yeni ittihamlar irəli sürüldü

Qatı ermənipərəst mövqeyi ilə tanınan Nyu-Cersi ştatından olan senator Robert Menendesə qarşı rüşvət alma və Qətər üçün işləmə ilə bağlı əlavə ittihamlar irəli sürülüb.

Bugun.tv CNN kanalına istinadla xəbər verir ki, bu, Nyu-York ştatının Cənub dairəsi məhkəməsinin bazasında dərc edilmiş sənədlərdə göstərilib.

Senator Qətər hökuməti ilə əlaqədə olan şirkətdən çoxmilyonlu investisiyaların alınmasında maraqlı olan Nyu-Cersi ştatından olan iş adamı vasitəsilə rüşvət qismində qiymətli əşyalar, pul, “Formula 1” dünya çempionatına biletlər və qiyməti 10 min dollardan 24 min dollara qədər olan saatlar alıb. Bunun müqabilində Menendes “Qətər hökumətinin xeyrinə hərəkət etməli olub”.

2023-cü ilin sentyabrında Menendesə qarşı senatorun özünün və həyat yoldaşı Nadin Arslanyanın Nyu-Cersi ştatından olan üç iş adamı ilə korrupsiya əlaqələrinə cəlb olunması və rüşvət qismində yüz minlərlə dollar alınması ilə bağlı ittihamlar irəli sürülüb. Daha sonra ABŞ-ın Ədliyyə Nazirliyi Menendesin qeyri-rəsmi xarici agent qismində Misir üçün işləməsi ilə bağlı ona qarşı ittiham irəli sürüb.

Bugün TV

Oxşar xəbərlər

Azərbaycan Prezidentinə olan etimad

Bugün TV

Çin ABŞ ilə birbaşa uçuşların sayını artırmağı planlaşdırır

Bugün TV

İki avtomobil toqquşdu: 2 ölü, 3 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu