16 C
Baku
16 Noyabr 2025, 1:49
Siyasət

“Ermənistan Baş naziri “Qarabağsız Ermənistan” şüarı ilə seçkiyə gedir”

“Azərbaycan və Ermənistan arasında 8 avqustda Vaşinqtonda imzalanan üçtərəfli Birgə Bəyannamə və sülh sənədinin paraflanması Cənubi Qafqazda yeni geosiyasi mərhələnin başlanğıcını qoyub. ABŞ bu prosesdə Zəngəzur dəhlizini — TRİP marşrutunu nəzarətə götürməklə Qərb və Şərqi birləşdirən Orta Dəhlizin əsas strateji xəttinə nəzarət etmək imkanı qazanır.

Regionda sülh və təhlükəsizlik üçün əsas təhdid hələ də Ermənistanda yerləşən Rusiyanın 102-ci hərbi bazası, həmçinin Zəngəzur istiqamətində İran-Ermənistan sərhədini qoruyan Rusiyanın Federal Sərhəd Qoşunlarıdır. ABŞ, Türkiyə və Böyük Britaniyanın Cənubi Qafqaz strategiyasının əsas məqsədi bu hərbi kontingentin Ermənistandan çıxarılmasıdır. Bunun üçün Vaşinqton N. Paşinyanın siyasi mövqeyini gücləndirməyə yönəlmiş dəstək verir”.

Bugun.tv– xəbər verir ki, bu barədə şərhi siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında yazıb.

Siyasi eksper qeyd edib ki, Ermənistan Baş naziri artıq növbəti parlament seçkilərinə hazırlaşır və seçki kampaniyasını “Qarabağsız Ermənistan” şüarı üzərində qurur.

Bu, Ermənistan müxalifəti üçün ciddi zərbə olmaqla yanaşı, bədnam “Miatsum” ideologiyasının rəsmi şəkildə iflası və Rusiyanın 200 illik “Qarabağ kartına” vurulan mühüm zərbədir. N. Paşinyan “Real Ermənistan” konsepsiyasını önə çəkərək “tarixi Ermənistan” ideyasından faktiki imtina edir.

Əgər Paşinyan seçkilərdə qalib gələcəksə, onun növbəti addımı Türkiyə və İran istiqamətindəki sərhədlərdən Rusiya sərhədçilərinin çıxarılması olacaq. Daha sonra isə Gümrüdə yerləşən 102-ci hərbi bazanın bağlanması məsələsini gündəmə gətirməsi istisna deyil.

Rusiya rəhbərliyi Paşinyanın seçkidən sonra atacağı bu addımları qabaqcadan təxmin edir. Buna görə də Moskva Ermənistanda Kilsə, ordu və müxalifət qüvvələrindən istifadə edərək Paşinyanı devirmək planları qurur. Öz növbəsində, Paşinyan da bu təzyiqlərə qarşı hücuma keçib və Rusiyanın siyasi təsir mexanizmlərini zəiflətməyə çalışır.

Aynur Camal

Oxşar xəbərlər

Ceyhun Bayramov Lavrovla Ermənistanla normallaşma prosesini müzakirə edib.

Bugün TV

BMT Baş Assambleyasının sədri: “Azərbaycan və Ermənistan arasında sülh danışıqları məni heyran etdi”

Bugün TV

Gürcüstanın Müdafiə Qüvvələrinin sayı 37 min nəfər olacaq

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu