24 C
Baku
28 İyun 2025, 22:12
Siyasət

“Ermənistan məscidlərimizlə yanaşı kilsələrimizi də dağıdıb”

“Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda Ermənistanın baş naziri Paşinyan növbəti dəfə saxtakarlıq edərək Azərbaycan həqiqətlərini təhrif etməyə, Azərbaycanı günahlandırmağa çalışdı. Prezident İlham Əliyev isə Paşinyanın ittihamlarına tutarlı cavablar verdi”.

Bugun.tv xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov öz Facebook hesabında qeyd edib.

“Paşinyanın çıxışında Azərbaycanı keçmiş Qarabağ münaqişəsini dini zəmində münaqişə kimi təqdim etməkdə günahlandırmağa çalışdı. Əslində isə Qərbdə Qarabağ münaqişəsini dini zəmində münaqişə kimi təqdim etməyə çalışan məhz Ermənistandır. Uzun illərdir Ermənistan Qərbdə xristian ölkəsi olduğu üçün bölgədə müsəlman Azərbaycanlıların təqibinə məruz qaldığını iddia edir və bununla xristian Qərb dövlətlərinin və həmin ölkələrin xristian əhalisinin dəstəyini qazanmağa çalışır. Ermənistanın Azərbaycanı bu məsələdə günahlandırması növbəti riyakarlıqdır.

Prezident İlham Əliyevin ermənilərin Qarabağda 67 məscidi barbarcasına dağıtması ilə bağlı səsləndirdiyi faktlara Paşinyanın cavabına gəldikdə isə bu məsələdə də Paşinyan riyakarlığa yol verərək məscid və kilsələrin sovet dövründə dağıdıldığını bildirərək, Ermənistanda müsəlman azlıqlar üçün şərait yaradıldığını iddia etdi.

Əslində isə reallıq ondan ibarətdir ki, Ermənistan təkcə məscidlərimizi dağıtmayıb, onların içərisində donuz və inək saxlayıb. Ermənilər təkcə məscidləri deyil, alban kilsələri də vəhşicəsinə dağıdıblar. Beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün isə Şuşada və İrəvanda bir Azərbaycan məscidini təmir edərək dünyaya fars məscidi kimi təqdim etməyə çalışıb. Bakının mərkəzində isə bu gün erməni kilsəsi Azərbaycan dövləti tərəfindən içərisində 5000 ədəbiyyatla mühafizə olunur. Paşinyan nə deməyindən asılı olmayaraq reallıq bundan ibarətdir.

Yekunda qeyd etmək lazımdır Prezident İlham Əliyev növbəti dəfə beynəlxalq platformada Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırdı, erməni yalanlarını ifşa etdi”, -deyə Ceyhun Məmmədov  bildirib.

Nigar Məmmədova

Oxşar xəbərlər

CIA rəhbərinin Həmas ilə İsrail arasında atəşkəs və əsir mübadiləsi üçün danışıqlar aparacağı iddia edildi

Aynur Camal

Almaniya İtaliyanı BMT məhkəməsinə verir

Bugün TV

Kefei: “Rusiya, Çin, İran təlimləri regional təhlükəsizliyə töhfə verib”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu