Politoloq Məhəmməd Əssədullazadə Azərbaycan və Ermənistan liderlərinin növbəti dəfə Kopenhagendə ASB sammitində görüşündən yazıb.
O qeyd edib ki, görüş müsbət atmosferdə keçib. Görüşdə ikitərəfli əlaqələrin normallaşması istiqamətində atılacaq addımlar, həmçinin Zəngəzur dəhlizinin açılması və Konustitusiya referendumundan sonra Yekun sülh müqaviləsi müzakirə edilməsi mümkündür. Həmçinin Anklav kəndlərlə bağlı razılaşma əldə edilib. Bu, Ermənistanda keçiriləcək seçkilərdən sonra, proses başlayacaq.
Qeyd edim ki, görüşüb müsbət istiqamətdə getməsi fonunda Ermənistan parlamenti Azərbaycanla Sülh barədə bəyanat verib. Bu bəyanat müsbət və ikitərəfli əlaqələrin normallaşması istiqamətində mühüm bir prosesdir.
Bundan əlavə, parlamentdə hakim partiya seçki öncəsi bu kimi bəyanat verməklə, siyasi sistemi çalxaladı. Azərbaycanla sülh bəyanatına R. Koçaryan və S. Sarkisyan partiyası qoşulmayıb və zaldan çıxıb. Bununla N. Paşinyan müxalifətin sülhün əleyhinə olduğunu və müharibəyə üstünlük verdiyini açıq şəkildə xalqa göstərdi.
Müxalifət Ermənistanda müharibə partiyası kimi təqdim olunacaq. Bununla da N. Paşinyan müxalifətin tabutuna “mismarini vurmuş” oldu.