Ermənistanın sabiq prezidenti R. Koçaryan bu ayın əvvəlində Moskvadan qayıtdıqdan sonra, mətbuat konfransı keçirərək 8 avqustda Vaşinqtonda Zəngəzur dəhlizinin açılmasını özündə ehtiva edən üçtərəfli Bəyannamə ilə bağlı mövqeyini bölüşüb. R. Koçaryan 8 avqust sənədinin Ermənistana heçnə qazandırmadığını qeyd etmişdi. Həmçinin 8 avqustda paraflanmış sülh sənədinin hüquqi qüvvəsinin olmadığını açıq şəkildə elan edib.
Parlament seçkilərində baş nazirliyə namizəd olacağını elan edən R. Koçaryan indidən üçtərəfli sənədi tanımadığını elan etməklə, Rusiya və İrana da reveranslar edib.
Hazırda Ermənistan müxalifəti və ikinci Qareginin başçılıq etdiyi Erməni Apostol Kilsəsi tam olaraq sülh prosesinin əleyhinədir. Əgər, Ermənistanda R. Koçaryan -S. Sarkisyan tandemi hakimiyyəti götürərsə, Azərbaycanla bütün razılaşmaları pozacaqlar. Təbii ki, geosiyasi reallıqlar və Rusiyanın zəifləməsi, Azərbaycan və Ermənistan arasında tranzit yolların açılması ilə bağlı razılaşmalar erməni ictimaiyyətini N. Paşinyana dəstəyini artırır. Proseslər müharibə gündəliyini, əməkdaşlıq gündəliyi ilə əvəzləyir. Sülh prosesinə qarşı olan müxalifətin bu prosesi poza biləcəyi və hakimiyyətə gəlmək prespektivi yoxdur.
Artıq N. Paşinyan İkinci Qaregini Apastol kilsəsindən uzaqlaşdırmaq üçün dini mərasimlərə qatılır. Yeni katalikos Keşiş Aramı Ermənistanın yeni katalikosu elan edəcəklər. Hakimiyyət Kilsədə müxalifəti neytrallaşdıraraq siyasi müxalifətə zərbə vurur.
