17 C
Baku
10 İyun 2025, 5:19
Baş xəbər

Ermənistan silahlı qüvvələri döyüş PUA-ları tətbiq edib

Bugun.tv xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin sərhəddəki Azərbaycan mövqelərinə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücum etdiyini açıqlayıb.

Məlumata görə bu gün 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib.
Əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib.
Azərbaycan Ordusunun bölmələri itki verməyib, cavab tədbirləri görülür.
Bildiririk ki, bölgədə yaranan gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Aynur Camal

Oxşar xəbərlər

İşə düzəltmə adıyla 181 nəfəri aldadan şəxs saxlanıldı

Kəmalə Sultan

Tramp: Biz Çinlə potensial müharibəyə girmək istəmirik

Aynur Camal

Ev heyvanı hamsterinin hücumuna məruz qalan qadın öldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu