19 C
Baku
8 Sentyabr 2024, 3:44
Baş xəbərSiyasət

Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun bir üzvü saxlanılıb

Bugun.tv xəbər verir ki, Ermənistan silahlı qüvvələri  Azərbaycan ərazisinə girməyə çalışıb.  Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına görə, avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib.
Bölmələrimizin sayıqlığı nəticəsində atəş vasitələrimizin dəstəyi ilə erməni hərbçilərin təxribatının qarşısı alınıb. Nəticədə diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun digər üzvləri geri çəkilməyə məcbur edilib.
Hazırda qrupun saxlanılan üzvü haqqında məlumatlar dəqiqləşdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək.

 

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Türkiyə Prezidenti Türkmənistandan açıqlama verdi

Bugün TV

Torpaq suvarma üstündə silahlı dava düşdü: 6 nəfər yaralandı

Elnarə Dərziyeva

Yunanıstana qaçarkən tutulan 2 FETÖ üzvü həbs edildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu