18 C
Baku
16 Oktyabr 2025, 1:03
Baş xəbərSiyasət

“Ermənistan Zəngəzur dəhlizinin açılmasının vacibliyini qəbul edib..”

Bugun.tv-xəbər verir ki, politoloq Məhəmməd Əsədullazadə öz sosial media hesabında Zəngəzur dəhlizinin açılması haqqında şərhində vurğulayıb ki, Ermənistan prezidenti Vaaqn Xaçaturyan 42 km. Zəngəzur dəhlizinin açılmasını ölkəsinin iqtisadi inkişafı üçün prioritet adlandırıb. Ermənistan prezidenti bu dəhlizi “dünyanın kəsişməsi” adlandırsa da, konkret olaraq ” Zəngəzur” dəhlizinin açılmasının vacibliyindən danışıb. Demək olar ki, erməni siyasi rəhbərliyi “Zəngəzur dəhlizinin” açılmasında qərarlıdır. Bununla Qərblə əməkdaşlığı inkişaf etdirəcək.

İqtisadiyyatının inkişafı və qərblə-şərq arasında nəqliyyat qovşağı kimi çıxış etməklə, Qərbin diqqətini ölkəsinə çəkəcək.

İranın Zəngəzur narahatlığı.

Baş nazir N. Paşinyandan sonra, prezidentdə dəhlizin açılmasını vurğulaması İranın da Ermənistana mövqeyini dəyişdi. Artıq rəsmi Tehran Zəngəzur dəhlizinin ABŞ şirkətinə icazə veriləcəyi təqdirdə Ermənistanın poliqon olacağını qeyd edib. Bununla da Tehran Ermənistana sərt mövqeyini bildirdi.

İran Zəngəzur dəhlizini regional və iqtisadi maraqlarına təhdid hesab edir. Həmçinin ABŞ -ın onun şimalla əlaqələrinin qarşısını alacağından narahatdır. Həmçinin şərq-qərb arasında nəqliyyat əlaqəsindən məhrum olur.

İran -Ermənistan əlaqələrində böhran..

Qeyd edim ki, İranın dəhlizə qarşı çıxması əvvəllər Yerevanın siyasi maraqlarına cavab verirdirsə, hazırda Ermənistan İranın bu mövqeyini qəbul etmir. Ermənistan rəhbərliyi dəhlizə təhlükəsizlik nəzarətini ABŞ verməyi və “Tramp körpüsü” adlandırılmasında maraqlıdır.

N.Paşinyan bununla ABŞ siyasi və iqtisadi dəstəyini almağı hədəfləyir. Ermənistanın Zəngəzur dəhlizində ABŞ əməkdaşlığı İran- Ermənistan arasında yeni çatların yaranmasını müşahidə edəcəyik. İki ölkə arasında 30 illik anti-Azərbaycan üzərində qurulmuş əməkdaşlıq “sabun köpüyü” kimi əriməyə başlayır. Ermənistan ənənəvi Rusiya -İran odundan ayrılıb, Türkiyə -Azərbaycan oxuma yaxınlaşmaqla Qərblə əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir.

Məhəmməd Əsədullazadə 

Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert

Aynur Camal

Oxşar xəbərlər

Bu qarışıq sayəsində çiçəklər bir daha solmaz

Aynur Camal

Pakistanda məsciddə partlayışda ölənlərin sayı 90 nəfəri ötdü – VİDEO – YENİLƏNİB

Aynur Camal

İsrail səfiri ABŞ-ın Xarici İşlər Nazirliyinə çağırıldı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu