20 C
Baku
9 Sentyabr 2025, 6:44
Dünya

Ermənistanın Avropa İttifaqına üzvlük haqqında qanun layihəsi parlamentdə qəbul edilib

Ermənistan Milli Assambleyası Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinin təşəbbüskarı olmaq üçün qanun layihəsini qəbul edib.

Ermənistanın Aİ-yə üzvlük prosesi rəsmən başlayır.

Ermənistanın rəsmi xəbər agentliyi “Armenpress”in xəbərinə görə, parlamentdə keçirilən səsvermədə “Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında” qanun layihəsi lehinə 63, əleyhinə 7 səslə qəbul edilib.

Sözügedən qanun Ermənistan prezidenti Vaaqn Xaçaturyanın təsdiqindən sonra qüvvəyə minəcək.

Ermənistan Nazirlər Şurasının yanvarın 9-da keçirilən iclasında Aİ-yə üzvlük prosesi ilə bağlı qanun layihəsinin parlamentə təqdim edilməsi qərara alınıb.

Ermənistanın baş naziri Nikol Paşinyan iclasda bəyan edib ki, Ermənistanın Aİ-yə daxil olması qanun və ya hökumətin qərarı ilə deyil, yalnız Ermənistan Konstitusiyasında nəzərdə tutulduğu kimi referendum yolu ilə mümkün olacaq.

Mənbə: Anadolu Agentliyi (AA)

Aynur Camal

Oxşar xəbərlər

Yunanıstan gəmisi vuruldu

Şükufə Ramizqızı

30 il əvvəl dondurulmuş embriondan doğulan körpə

Aynur Camal

Yaponiya səhmləri bütün zamanların ən yüksək səviyyəsinə qalxır

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu