Bugun.tv xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, onları müdafiə etmək üçün artıq Rusiyaya arxalana bilməzlər. O bunu “Politico”ya müsahibəsində bildirib. Qarabağdakı rus sülhməramlıları öz vəzifələrini yerinə yetirə bilmədiklərini qeyd edib.
Rusiya-Ukrayna müharibəsi nəticəsində Rusiyanın imkanlarının dəyişdiyini iddia edən Paşinyan bunu guya Moskva administrasiyasının Azərbaycanı və onun yaxın müttəfiqi Türkiyəni özündən uzaqlaşdırmaqdan qorxması ilə əsaslandırıb.
“Belə olan halda bizim strategiyamız başqalarından asılılığımızı maksimum dərəcədə azaltmağa çalışmaq olmalıdır. Biz müstəqil, suveren ölkəyə sahib olmaq istəyirik, lakin münaqişələrin mərkəzinə düşməmək üçün yollar tapmalıyıq”, – o bildirib.