19 C
Baku
8 Sentyabr 2024, 3:59
Digər

“Ermənistanın daha bir şousu uğursuzluğa düçar oldu”

“BMT Təhlükəsizlik Şurasının son iclası bir daha təsdiq edir ki, Qafqazda dayanıqlı sülhün əldə edilməsinin yeganə yolu ölkələrin qarşılıqlı olaraq ərazi bütövlüyü və suverenliyinin tanınmasıdır. Azərbaycanın Vətən Müharibəsindəki şanlı zəfərindən sonra regionda yeni düzən formalaşıb. Onu pozmaq, praktik olaraq, mümkün deyil”.

Bugun.tv xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabındakı paylaşımında bildirib.  “BMT Təhlükəsizlik Şurasının üzvü olan bir neçə dövlətin, eləcə də qardaş Türkiyənin Ağdam-Xankəndinin yolunun bütün növ əmtəələrin daşınmasına hazır olmasını qeyd etməsi də aydın şəkildə “blokada şousunun” sadəcə Ermənistanın manipulyasiyanın olduğunu göstərdi. 26 km uzunluğu olan Ağdam-Xankəndi yolu müasir standartlara uyğun qurulmaqla yanaşı bölgədə Xankəndinə ən qısa məsafə hesab olunur. Laçın-Xankəndi yolu 60 km-dir və bu yol Şərqi Zəngəzurla Qarabağı birləşdirir. Ağdam-Xankəndi yolu isə Qarabağ iqtisadi rayonunda daxili şəbəkədir və bu baxımdan da vacib nəqliyyat xəttidir. Bu yoldan istifadə bütövlükdə Qarabağ iqtisadi rayonun inkişafına töhvə baxımdan da vacibdir. Daxili nəqliyyat və logistik şəbəkə iqtisadi inkişaf üçün zəmin yaratdığından bu yolun intensiv istifadəsi əhəmiyyətlidir. Nəhayət, Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etməsinin qarşısının alınması Azərbaycan diplomatiyasının yeni uğurudur”, – deyə millət vəkili vurğulayıb.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi

Kəmalə Sultan

Nikolay Patruşev Səudiyyə Ərəbistanının milli təhlükəsizlik müşaviri ilə danışıqlar aparıb

Nigar Məmmədova

Güclü külək ağacları kökündən qopardıb, fəsadlar yaradıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu