35 C
Baku
20 İyul 2025, 10:37
Baş xəbərDünya

Erməni kilsəsi yanıb, ölənlər və yaralananlar var

Xarici Xəbərlər

İstanbulun Beyoğlu şəhərindəki Surp Pırgiç Erməni Katolik Kilsəsinin iqamətgah hissəsində baş verən yanğında 2 nəfər həyatını itirib, 2 nəfər isə tüstüdən təsirlənərək xəstəxanaya çatdırılıb. Kilsəsədə yanğının yaşayış yerində naməlum səbəbdən baş verdiyi bildirilib. Yanğın zamanı yataqxanaların yerləşdiyi binada ard-arda 3 partlayış səsi eşidilib. Xəbərdarlıq üzərinə hadisə yerinə çox sayda sağlamlıq, xilasetmə və polis qrupları göndərilib.

Kompleks şəklində olduğu öyrənilən kilsənin 3 binadan ibarət olduğu öyrənilib: ibadət yeri, inzibati şöbələrin olduğu hissə və yaşayış yeri kimi istifadə edilən hissə. Hadisə kilsənin sığınacaq kimi istifadə edilən hissəsində baş verdiyi və digər hissələrə keçdiyi deyilib.  Yanğınsöndürənlərin qısa müddətdə müdaxilə etdiyi yanğın təxminən 4 saat davam edən işdən sonra söndürülə bilib. Faktla bağlı araşdırma aparılır.

Mənbə: hürriyyət.com

Aynur Camal

Oxşar xəbərlər

R.T.Ərdoğan İlham Əliyevi təbrik edib

Kəmalə Sultan

Çimərlikdə toy üçün geyimini nümayiş etdirdiyi üçün sosial şəbəkələrdə reaksiya gördü

Bugün TV

Vivo şirkəti Apple Vision Pro ilə rəqabət aparacaq bir cihaz üzərində işləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu