7 C
Baku
9 Fevral 2026, 10:55
Baş xəbərDünya

Erməni politoloq: Paşinyan Sankt-Peterburq Zirvə görüşündə İlham Əliyevin yanında itaətkar kargüzar təsiri bağışlayırdı

Sankt-Peterburqda keçirilən MDB dövlət başçılarının Zirvə görüşündə çəkilən bir fotoşəkil çox mətləblərdən xəbər verir. Bəzən insanların davranışı müəyyən vəziyyətlərin şərhindən daha fəsahətli məlumat verir. Oradakı sarayların birində çəkilmiş fotoşəkildə Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin yanında öz sahibini qəzəbləndirməkdən qorxan itaətkar kargüzar təsiri bağışlayırdı. Nikol sanki öz hökmlü sahibinin tapşırıqlarını yerinə yetirmək üçün təvazökarlıqla ona qulaq asırdı.

Bugun.tv xəbər verir ki, bu sətirlər erməni politoloq Samvel Ohanesyanın “Armenian Report” internet nəşrində dərc olunmuş analitik məqaləsində yer alıb.

Məqalədə daha sonra vurğulanıb ki, Ermənistanın “Alternativ layihələr” qrupunun üzvü Vahe Hovhannisyan erməni dövlətinin öz semantik və funksional birliyini itirdiyini, bugünkü Ermənistanın ümidsiz, öz içindən dağılan ölkə olduğunu bildirib. O əlavə edib ki, hazırda erməni xalqı barıt çəlləyinin üzərində yaşayır, kobud səhvlər dövləti yeni fəlakətə aparır. Bu prosesi dayandıracaq mexanizmlər və siyasi formatlar isə yoxdur.

“Biz milli iflasın unikal tarixi mərhələsini yaşayırıq: nə edəcəyimizi bilmirik, bundan sonra nə olacağını təsəvvür etmirik. Ermənistanda ciddi böhran baş verir”, – deyə politoloq vurğulayıb.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu