17 C
Baku
13 Oktyabr 2025, 1:46
Siyasət

Ermənistan Baş naziri manipulyasiya edirmi?..

“Ermənistan Baş naziri N. Paşinyan Azərbaycanla sülh müqaviləsinin Konustitusiya zidd olmayacağı təqdirdə dəyişdirilməsinə zərurət olmadığını qeyd edir. Təbii ki, onun bu açıqlaması heç də sülhdən yayınmaq deyil. Onsuzda sülh müqaviləsi bağlanarsa, bu, Ermənistan Konustitusiyana zidd olacaq. Çünki, Ermənistan Konustitusiyanın preambulası “Müstəqillik Bəyannaməsinə” əsaslanır. Ermənistan “Müstəqillik Bəyannaməsində” Qarabağ Ermənistanın ərazi kimi qeyd edilib” – Bugun.tv -xəbər verir ki, bu barədə şərhi politoloq Məhəmməd Əsədullazadə özünün Facebook səhifəsində paylaşıb.

Politoloq vurğulayıb ki, ümumiyyətlə, Konustitusiya dəyişmədən Azərbaycan Ermənistanla “Yekun sülh” müqaviləsinə imza atmayacaq. Baxmayaraq ki, N. Paşinyan qeyd edir ki, razılaşdırılmış sülh mətnində sülh müqaviləsi daxili qanunvericiliyə istinad edilib, dəyişdirilə bilməz.

N. Paşinyan bu bəndlə bağlı manipulyasiya edir. Azərbaycan paraflamış sülh mətnini Ermənistanın qüvvədə olan Konustitusiyasına görə bu bəndi atmayib. Bu, gələcək perspektiv üçün hesablanıb. İndiki qüvvədə olan Ermənistan Konustitusiyası Azərbaycana qarşı işğal və ərazi iddialarının əsas məğzidir. Azərbaycan tələb edir ki, bu dəyişikliklər olunmalıdır.

Mütləq şəkildə Ermənistan Baş naziri Konustitusiya dəyişikliyinə gedəcək. Hətta növbədənkənar seçkilər istisna olunmur. Sadəcə, seçki qabağı baş nazir xalqın ona qarşı müəyyən mənfi fikirlərin formalaşmasına imkan vermək istəmir.

Qeyd edim ki, N. Paşinyan “Zəngəzur dəhlizi -TRİP” barədə öz mövqeyini ortaya qoydu. Bu dəhlizdən digər dövlətlərin istifadə etməsini ABŞ razılığı əsasında olacağını vurğulayıb. Bununla, Rusiyanın təzyiqlərini neytrallaşdırmağı planlaşdırır. Yəni, Moskvanın Ağ Evlə danışmalı olduğunu mesajını verdi. Çünki, Rusiya “Zəngəzur dəhlizi” ilə bağlı açıqlamalar verir. Zəngəzur dəhlizi ilə bağlı razılaşma mətnində Azərbaycan prezidentinin imzası var. Təkcə, ABŞ deyil, Azərbaycanın da razılığı olmalıdır.

Aynur Camal

Oxşar xəbərlər

Son genişmiqyaslı hücumlarda çoxlu fələstinli oğurlandı

Aynur Camal

Rusiyanın Varşavadakı səfirliyinin nəzdindəki məktəbin binası boşaldıldı

Nigar Məmmədova

Şarl Mişel: Bizim fikir mübadilələrimiz açıq və məhsuldar keçdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu