Baş xəbər

Ermənistan Dəmiryolları Rusiyadan alına bilər

Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya

“Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddən Türkiyə sərhədinədək dəmir yolunun bərpası üçün Rusiyaya müraciət etdiyini vurğulayıb. Lakin Moskva bu təşəbbüsə müsbət cavab verməyib. İlk növbədə Rusiya Ermənistan Dəmir Yollarının yenidən qurulmasında maraqlı deyil və bu məqsədlə kifayət qədər maliyyə ayırmaq niyyətində deyil”.

Bugun.tv– xəbər verir ki,  bu barədə şərhi siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında paylaşıb.

“Təbii ki, N. Paşinyanın əsas hədəfi Ermənistan dəmir yollarını Rusiyanın inhisarından çıxarmaqdır. Necə ki, daha əvvəl ölkənin enerji sisteminə nəzarəti Samvel Karapetyandan alaraq milliləşdirmişdi, indi də eyni prosesi dəmir yolları ilə bağlı həyata keçirməyi planlaşdırır. Paşinyan elektrik şəbəkəsi və dəmir yollarını Rusiyanın nəzarətindən çıxarmaqla Moskvanın Ermənistandakı təsirini neytrallaşdırmağa çalışır” – deyə ekspert bildirib.

M.Əsədullazadənin sözlərinə görə, bu siyasət nəticəsində Ermənistan öz iqtisadi imkanlarını müstəqil şəkildə səfərbər edərək Türkiyə və Azərbaycanla birbaşa əlaqələr qurmağı hədəfləyir.

“Qeyd edək ki, Ermənistan Dəmir Yolunun Zəngəzurdan keçən hissəsi dağıdılıb və bu xəttin təmirini rəsmi İrəvanın öz vəsaiti hesabına reallaşdırması planlaşdırılır.

Növbəti mərhələdə Ermənistan Baş nazirinin Türkiyə və İranla sərhədlərdən Rusiya sərhəd qoşunlarının çıxarılması məsələsini gündəmə gətirəcəyi mümkündür. Ümumilikdə isə, N. Paşinyan seçkilərdə qalib gələrsə, Rusiya ilə siyasi, iqtisadi və hərbi əməkdaşlığa yenidən baxacaq”.

Məhəmməd Əsədullazadə Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert

Aynur Camal

Oxşar xəbərlər

“Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasına çevrilib”

Aynur Camal

Deputat Qədr gecəsinin fəzilətindən danışdı

Aynur Camal

“Alanya Ultra Trail” yarışı keçiriləcək: dünyanın aparıcı atletləri bir araya gələcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu