31 C
Baku
21 İyul 2025, 11:53
Baş xəbərSiyasət

“Ermənistan hələ də sülhə hazır deyil”- POLİTOLOQ ŞƏRHİ

Tanınmış politoloq Tural İsmayılov bu gün Laçın yolunda baş verən hadisələr haqqında Bugun.tv-ə danışıb. Onun sözlərinə görə, Laçın yolunda baş verən hadisələr saxta gərginlik yaratmaq məqsədi daşıyır.

“Bu tip atışmalar, Avropa İttifaqının mülki missiyası altında Fransa cəsus şəbəkəsinin ermənistan ərazilərində fəaliyyətə başlamasından sonra ortaya çıxıb və Ermənistanın ümumiyyətlə, sülhə hazır olmadığını bir daha göstərmiş olur. Əslində son hadisələr Azərbaycan ilə Ermənistan arasında sülhdə maraqlı olmayan qüvvələrin prosesi sabotaj etməyinin göstəricilərindən biridir. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunun dirçəldilməsi üçün bütün beynəlxalq tərəflərlə sülh və sabitlik naminə razılaşmanın olmasının marağındadır. Amma biz görürük ki, baş verən hadisələr fonunda Ermənistan və onun havadarları vəziyyəti gərginləşdirməyə çalışırlar. Eyni zamanda Azərbaycan öz ərazilərində bayraq sancıb və Azərbaycanın bayrağının yerləşdirməsi rus sülhməramlılarının müşayiəti altında baş verib. Əslində Ermənistanın bu təxribatları, həm də 10 noyabr bəyanatını imzalayan Rusiyaya qarşı bir sabotaj və təxribat hesab edilməlidir. Bütün bu hadisələr fonunda Rusiyanın bundan sonra bu ölkəyə daha sərt, praktiki təziq və təsir göstərmək imkanları işə düşməlidir. Digər tərəfdən Azərbaycanın Ermənistanla sülhdən sonra bölgəsəl kommunikasiya layihələrini reallaşdırmaqla bağlı ortaya qoyduğu mövqeyi var”, – deyə T.İsmayılov bildirib.

Politoloq Ermənistanın Laçın sərhəd buraxılış məntəqəsində törətdiyi son təxribatın erməni hakimiyyətinin sülhlə bağlı vahid iradə və mövqeyi olmadığından xəbər verdiyini deyib. Baş verənlərdən sonra onların hələ də sülhdən danışması və ümumiyyətlə beynəlxalq aləmdə hansısa sülhpərvər obraz yaratmaq cəhdlərinin uğursuz alınacağını vurğulayıb.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

İkinci ən böyük qaz ixracatçısı qaz böhranı ilə üz-üzə

Aynur Camal

Putin: “Əgər bütün şərtlər yerinə yetirilərsə, dərhal razılaşmaya qayıdacayıq”

Teymur Əziz

Deputat ölkədəki bahalaşmadan danışdı: “Bəzi sahibkarlar vəziyyətdən istifadə edirlər” – FOTO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu