29 C
Baku
28 İyun 2025, 21:36
Baş xəbər

“Ermənistan öz davranışları ilə son aylar sülh müzakirələrini əngəlləməyə çalışır”

Laçın yolu ilə bağlı açıqlama

“Ermənistanın son aylar daha da gücləndirdiyi saxta təbliğatın və bir sıra ölkələrin manipulyasiyasının regiondakı gərginliyin artırmasına gətirib çıxaracağı gözlənilən idi. Görünən budur ki, Ermənistan öz davranışları ilə son aylar sülh müzakirələrini əngəlləməyə çalışır. Ermənistanın bu günki təxribatı da məhz bundan xəbər verir. Amma regionda sülhün qarantı Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə güclü Azərbaycan ordusudur. Şanlı ordumuz bütün təxribatlara cavab vermək gücündədir”.

Bugun.tv xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesablnda paylaşıb. Onun sözlərinə görə, Qafqazın dayanıqlı inkişafı yalnız davamlı sülhün əldə edilməsindən keçir. “İrəvanda və digər bir sıra paytaxtlarda bu həqiqəti nə qədər tez anlasalar həm də özləri üçün də o qədər məqbul olar. Ərazi bütövlüyü və suverenliyin tanınmasını nəzərdə tutan sülh bütövlükdə regionun inkişafı üçün yeganə vasitədir. Allah şanlı ordumuzu qorusun!”, – o paylaşımında bildirib.

Bugün TV

Oxşar xəbərlər

Paytaxtda oğurluq edən şəxs yaxalandı

Kəmalə Sultan

İsrail səfirliyinin qarşısında oyuncaqlar qalıb

Bugün TV

5,5 ton qum eşikləri ələ keçirildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu