Image default
Baş xəbərDünya

Ermənistan parlamentində dava: Vardanyan döyüldü

Ermənistan parlamentinin deputatları arasında dava düşüb.

Bugun.tv xəbər verir ki, hadisə parlamentin Dövlət hüququ daimi komissiyasının qapalı iclasında “Beynəlxalq hüquqi məsələlər üzrə nümayəndə haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi baş verib.

“Hraprak” nəşrinin məlumatına görə, iclasda iştirak edən müxalifət və iqtidar təmsilçiləri arasında dava olub. İnsident müxalif deputat Artsvik Minasyan və komitə rəhbəri Vladimir Vardanyan arasında yaşanıb.

Deputat Aqnesa Xamoyan yerli mətbuata açıqlamasında məlumatı təsdiqləyib, lakin detalları açıqlamayıb.

İnsidentlə bağlı polisə məlumat verilib. Deputat Artsvik Minasyan iş üzrə polis idarəsinə çağırılıb.

Erməni KİV-ləri yazıb ki, dava zamanı Vladimir Vardanyan xəsarət alıb. Şahidlərin sözlərinə görə, üz nahiyəsi qan içində olan Vardanyan xəstəxanaya aparılıb.

Mənbə: modern.az

Aynur Camal

Oxşar xəbərlər

Deputat Ceyhun Məmmədov: Azərbaycan–Fələstin münasibətləri strateji əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur

Aynur Camal

The Guardian: Zelenskinin müdafiə nazirini vəzifədən uzaqlaşdırması Ukraynada və Qərbdə narahatlıq yaratdı

Aynur Camal

Endokrinoloq həftədə ən azı iki dəfə bu giləmeyvəni yeməyi tövsiyə etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu