25 C
Baku
20 İyul 2025, 0:02
Baş xəbər

“Ermənistan sərhəddə məqsədli şəkildə münaqişə törətməkdə davam edir”

“Düşmən tərəfi sülh müqaviləsi ilə bağlı məsələlərdə Azərbaycana müəyyən qədər təzyiq göstərə bilməsi üçün sərhəddə münaqişə törətməkdə davam edir”.

Bu sözləri Bugun.tv-yə müsahibəsində politoloq Telman Qasımov deyib. “Mən 15 gun bundan əvvəl, Ermənistan tərəfin sərhəddə həm canlı quvvə, həm də hərbi texnika, silah-sursat daşıdıqların, mayın 5-dən sonra sərhədimizdə vəziyyətin gərginləşəcəyini, eskalasiyanın daha da artacağını demişdim. Çox təəssüf ki, bu proqnozlar doğru oldu. Sual yarana bilər ki, aynı 5-dən sonra vəziyyət ağırlaşacağını necə müəyyən etdiz? Birincisi Ermənistanın silah-sursat daşıması, canlı qüvvəni artırması çox şeydən xəbər verirdi. Xüsusən də, bunun Zəngəzur və Ermənistanın Basarkeçər rayonun Vardenis istiqamətindən Azərbaycanın Kəlbəcər istiqamətində həyata keçirilməsi bunu göstərirdi ki, düşmən nəyəsə hazırlaşır. Digər tərəfdən qarşıdan Brüssel, daha sonra Moskva görüsü gəlir. Mən proqnozu verəndə hələ Vaşinqton görüşü ilə baglı da heç bir acıqlama yox idi. Moskva və Brüssel görüşləri də gözlənilmirdi. Son baş verənlər onu göstərdi ki, düşmən tərəfi bilərkdən öncədən plan qurub, sərhəddə münaqişə törədir. Əsas məqsəd də sadalanan görüşlərdə sülh müqaviləsi ilə bağlı  məsələlərdə Azərbaycana müəyyən qədər təzyiq göstərə bilməkdir”.

Telman Qasımovun sözlərinə görə, Ermənistanın bu oyunu bu dəfə də baş tutmayacaq. “Çünki istər Azərbaycanın hərbi gücü, istərsə də hazırki diplomatiyası və digər beynəlxalq qurumlarda dövlətimizin öz mövqe prinsipiallığını nümayiş etdirməsi onu göstərir ki, Ermənistanın atdığı bu addımlar boşunadır”, – politoloq vurğulayıb.

Müxbir: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Komando bölmələri praktiki atış çalışmalarını icra etdi – VİDEO

Aynur Camal

İran elan etdi: E3 danışıqları davam edəcək

Aynur Camal

Ordumuzun Aprel qələbəsi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu