6 C
Baku
24 Fevral 2026, 9:27
Baş xəbərSiyasət

“Ermənistanda gələn ilin ilk ayında növbədənkənar seçkilərdən sonra sülh müqaviləsi bağlana bilər…”

“Ermənistanda seçkilər öncəsi Baş nazir N.Paşinyan müxalifətə qarşı sərt tədbirlər həyata keçirir. Yerevan şəhər məhkəməsi Rusiyada fəaliyyət göstərən iş adamı Ara Abramyana məxsus torpaq sahəsini onun əlindən alıb. Ara Abramyan “Taşir” şirkətlər qrupunun rəhbəri və həbsdə olan Samvel Karapetyana yaxın şəxsdir. Rusiya bağlı iş adamları Ermənistanda siyasətə qarışması fonunda N. Paşinyan onları ya həbs edir, yaxud əmlaklarinı müsadirə edir. Demək olar ki, Rusiya yönümlü Gümrü şəhərinin yeni seçilmiş merini də həbslə hədələyir”.

Bugun.tv-xəbər verir ki,  bu barədə şərhi siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında paylaşıb.

M. Əsədullazadə vurğulayıb ki, hazırda N.Paşinyanın qarşısında əsas hədəf Erməni katalikosu ikinci Qaregini istefaya məcbur etməkdir. İkici Qaregini birləşmiş müxalifətin əsas ideoloqu olaraq Moskvadan idarə olunur. Məhz onun təşəbbüsü ilə Kilsə siyasətə qarışaraq N. Paşinyanın seçilməməsinə çalışır. İki həftədir ki, N.Paşinyan öz tərəfdarlarını Eçmiədzinə yığıb İkinci Qaregeni istefaya məcbur etmək istəyir. Bir neçə dəfə buna qərar versə də, Rusiyanin təzyiqləri ilə buna getməyib. Amma, növbəti aylarda N. Paşinyan Kilsəyə təzyiqləri artırıb, ikinci Qaregini istefaya məcbur etməsi mümkün görünür. Çünki, İkici Qaregin N. Paşinyan üçün arzuolunmaz şəxsdir və onun getməsi üçün qırmızı xəttləri keçəcək. Məhz bir neçə aydır ki, N.Paşinyanın kilsə və baş keşiş haqqında dedikləri erməni cəmiyyətində Kilsəyə etimadı zəiflədib. Ona görə də birinci mərhələdə kilsəni xalqın gözündə salmaq və müqaviməti qırmağa başladı.

N.Paşinyan ikinci Qarageni baş keşişlikdən uzaqlaşdırmaqla, daxildə özünə qarşı müxalifəti tam sıradan çıxarmış olacaq. N. Paşinyan seçkilərə aydın və radikal müxalifət olmadan getməyi planlaşdırır. Təbii ki, proseslər onun leyhinə işləyir.

N. Paşinyan kilsə və müxalifəti zəiflədəndən sonra, seçkilərdə qalib gəlməsi mümkün görünür. N. Paşinyan payızda ikinci Qaregini istefaya göndərərsə, növbədən kənar seçkilərə gedə bilər. Ermənistanda 2026- çox ildə fevralda növbədənkənar seçkilər elan olunsa, həmin ilin apreldə Konustitusiya referendumu və yayda Azərbaycanla sülh müqaviləsi bağlana bilər”.

Məhəmməd Əsədullazadə 

Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Gürcüstan və Rusiya Ermənistana təzyiq mexanizmlərini gücləndirir

Aynur Camal

Palandökən yenidən dünya səhnəsində: Erzurum FIS Snoubord Dünya Kubokuna ev sahibliyi edəcək

Aynur Camal

Rusiya-Ukrayna müharibəsindən 4 il ötdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu