14 C
Baku
21 Noyabr 2024, 19:05
Baş xəbərHadisə

Ermənistandan növbəti təxribat! Üç hərbçimiz minaya düşdü  

Bugun.tv xəbər verir ki, Ermənistan növbəti dəfə təxribat törədib. Hadisə Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda baş verib.

Xəbəri Müdafiə Nazirliyi yayıb. Bildirilir ki, saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan ordumuzun hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb. Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralanıb. Nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşüb. Yaralılara dərhal yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək xəsarət alıb.

Minaya düşən üç hərbi qulluqçumuza təxirəsalınmaz tibbi yardım göstərilib.

Hadisə barədə Rusiya sülhməramlı kontingentinin və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirir ki, baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

 

Bugün TV

Oxşar xəbərlər

Vətən müharibəsi qazisinə xəsarət yetirildi

Bugün TV

1 milyon 300 min litr qaçaq yanacaq ələ keçirildi

Teymur Əziz

Çində ən qədim vurma cədvəli aşkarlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu