36 C
Baku
20 İyul 2025, 15:07
Baş xəbərSiyasət

Ermənistanın dağ-mədən müəssisələrinin qapılarını, Azərbaycan ekoloqları da daxil olmaqla, beynəlxalq monitorinq qrupuna açmalıdır

“Vətəndaş cəmiyyətinin dəfələrlə etdiyi çağırışlara baxmayaraq, Ermənistan tərəfdən hələ də adekvat bir reaksiya verilməyib. Beynəlxalq təşkilatlar və regional tərəfdaşlar məsələyə hüquqi qiymət verməlidilər. Əsas addımlardan biri Ətraf mühitə Təsirin qiymətləndirilməsi sənədlərinin bütün təsirlənən tərəflərlə paylaşılmasıdır. Ermənistan Azərbaycan, İran, Gürcüstan və Xəzəryanı ölkələrin çirklənmə səviyyələrinin müstəqil monitorinqinə imkan verməlidir”.

Bugun.tv xəbər verir ki, bu fikirləri MM deputatı, EPF həm-təsisçisi P.Vəliyeva bildirib.

Millət vəkili həmçinin qeyd edib ki, Gürcüstan tərəfindən də Ermənistan ərazisində yüksək zəhərli kimyəvi maddələrlə zəhərlənən Pəmbək (Debed) çayının çirklənməsi ilə bağlı xəbərdar edilməlidir. Çünki çirklənmə ilə bağlı bir çox faktlar mövcuddur.

Belə ki, Arkt qızıl yatağı Lori vilayətində, Debed çayı üzərində yerləşir, çay yatağına yaxın axır. Bu çay Gürcüstan ərazisindən keçir və 142 km məsafə qət etdikdən sonra Azərbaycanda Kür çayına qoşulur.

Armanis qızıl-multi-metal mədəni Lori vilayətində, Armanis yaşayış məntəqəsinin 0,5 km qərbində, Qara Su çayına yaxın bir məsafədə yerləşir. Çay mədənə yaxın axır və qısa məsafədə Cəlaloğlu çayına qoşulur, bu çay isə Debed çayına axır. Ümumilikdə, çayın yolu 137 km-dir və Kür çayına qoşulur.

Qaraberd qızıl mədəni Ermənistanın şimalında, Lori vilayətində, Vanadzor şəhərinin 3 km şimal-şərqində, Bazum dağ silsiləsinin cənub yamacında yerləşir, və ətrafda axan Debed çayı Gürcüstan ərazisindən keçir, 127 km məsafə qət etdikdən sonra Kür çayına qovuşur.

Ermənistan hakimiyyəti, ciddi ekoloji pozuntulara baxmayaraq, dağ-mədən sənayesinin fəaliyyətini dayandırmağı düşünmür. Environmental Protection First (EPF) Koalisiyası olaraq, “İcma Müqaviməti və Töhfə Mərkəzi” QHT-sini və “epress.am” informasiya saytının redaksiyasını bölgədə beynəlxalq ekspertiza və monitorinq həyata keçirməyə dəvət edirik.

Environmental Protection First (EPF) Koalisiyasının peşəkar mütəxəssisləri, Ermənistanın dağ-mədən müəssisələrində ekoloji monitorinq aparmağa hazırdırlar. Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın dağ-mədən müəssisələrinin qapılarını, Azərbaycan ekoloqları da daxil olmaqla, beynəlxalq monitorinq qrupuna açmalıdır.

Aynur Camal

Oxşar xəbərlər

Abbas: İki dövlətli həll Qəzzaya hücumların dayandırılmasından asılıdır

Aynur Camal

Dəhşətli qəza: 17 yaralı, 5-i ağır

Kəmalə Sultan

AQTA Çindən Azərbaycana qida məhsulları gətirən bəzi şirkətlərə xəbərdarlıq edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu