Əsəd rejimindən sonra ilk Yeni il gecəsi Suriyanın paytaxtı Dəməşqdə qeyd edilib. Yeni il şənliklərində iştirak etmək üçün minlərlə suriyalı Əməvilər və Bab Toma meydanlarına axın edib. Suriyada 61 illik qanlı Baas rejiminin və 53 illik Əsəd ailəsinin hakimiyyətinin devrilməsindən sonra həyat normallaşıb. Minlərlə suriyalı Bəşər Əsəd rejiminin süqutunu və yeni ili paytaxt Dəməşqdə sevinc və coşğu ilə qeyd edib.
Yeni il şənliklərində iştirak etmək üçün Əməvilər və Bab Toma meydanlarına axın edən suriyalılar atəşfəşanlığa tamaşa ediblər. Axşam saatlarından etibarən çoxlu suriyalı meydanlara gələrək, üç ulduzlu azad Suriya bayraqlarını dalğalandırıb. Suriyalılar müxtəlif musiqi alətlərində ifa edərək inqilab mahnılarını bir ağızdan oxuyublar. Suriyada müvəqqəti hökumətin Daxili İşlər Nazirliyinin rəsmiləri bu bölgəyə gedən yollarda maneələr quraraq yolu nəqliyyatın hərəkəti üçün bağlayıb.
Mənbə: TgrtHaber