17 C
Baku
27 Oktyabr 2025, 4:40
Baş xəbərDünya

Əsgər yataqxanasından uran tapıldı.

Bugun.tv xəbər verir ki, Avstraliyanın Sidney şəhərindəki Holsworthy “kazarmasında” əsgər otağında axtarış zamanı uran ələ keçirilib.

TRT Haber-in məlumatına görə Avstraliya Yayım Korporasiyasının (ABC) xəbərinə görə, mövzu ilə bağlı Müdafiə Nazirliyindən açıqlama verilib.

Açıqlamada tapılan “potensial təhlükəli” maddənin oradan çıxarıldığı və maddənin ordunun fəaliyyəti ilə bağlı olmadığı vurğulanıb.

Adının açıqlanmasını istəməyən mənbələr əsgər otağında axtarış zamanı uran tapıldığını qeyd ediblər.

Mənbələr axtarış zamanı ələ keçirilən “az miqdarda” uranın təhlükəsizliyinin təmin edildiyini və hərbçilərin sözügedən maddəni internet üzərindən satın aldığını bildirib.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Güclü yağışdan sonra bu şəhər sular altda qaldı

Kəmalə Sultan

Afinada Yunanıstanın Əmək Nazirliyinin binası yaxınlığında partlayış baş verdi

Bugün TV

Ölüm nisbətləri doğuşdan iki dəfə artdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu