Bugun.tv xəbər verir ki, İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilindəki Cenin bölgəsində 17 yaşlı fələstinlini öldürüb. İsrail ordusu Hebron və Nablus şəhərlərində 3 yəhudi məskunlaşmasının ölümü ilə nəticələnən hücumların faillərini tutmaq üçün son günlər Fələstinin şəhər və qəsəbələrinə basqınlarını davam etdirir. Fələstinin Hebron şəhərində İsrail ordusunun basqınları səbəbindən məktəblər bağlanıb
Qeyd edək ki, İsrail ordusu avqustun 19-da Nablus yaxınlığındakı Huvvara qəsəbəsində silahlı hücum nəticəsində iki məskunlaşmanın öldürüldüyünü açıqlayıb. Dünən səhər Hebrona hücum nəticəsində bir məskunlaşan ölüb, bir nəfər isə ağır yaralanıb. Hücumları törədənləri tutmaq üçün Fələstinin şəhər və qəsəbələrinə basqın edən İsrail ordusu dünən canlı güllələrlə 8 fələstinlini yaralayıb.
Müxbir: Şəms Elnurqızı