32 C
Baku
19 İyul 2025, 15:20
Baş xəbərSosial

“Eşitmə məhdudiyyətli uşaqlar çox istedadlı və məsuliyyətlidirlər” – BİRLİK SƏDRİ AÇIQLAMA VERDİ

“Qızım eşitmə məhdudiyyətlidir və onun üzərindən bu cəmiyyəti yaratmışam. Onu da deməliyəmki, eşitmə məhdudiyyətli uşaqlar çox istedadlı və məsuliyyətlidirlər”.

Bunu Bugun.tv-yə müsahibəsində “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri Cəmilə Abdulova deyb. Onun sözlərinə görə, cəmiyyəti yaratmaqda məqsədi valdeynlərlə eşitmə məhdudiyyətli uşaqları bir araya gətirmək, onların cəmiyyətə inteqrasiyasını asanlaşdırmaqdır.

“Biz cəmiyyət olaraq eşitmə məhdudiyyətli uşaqları və bütün problemləri dövlət qurumlarına çatdırırıq, həlli yolunda işlər görürürük. Biz onlarla birlikdə turlar təşkil edir, gəzintilərə çıxırıq. Qeyri-rəsmi məlumata görə, ölkəmizdə fiziki məhdudiyyətli şəxslərin sayı 10 mindən çoxdur. Hətta eşitmə məhdudiyyətli şəxslərin sayının 40 minə yaxın olduğunu deyənlər də var. Hazırda onların statistikası aparılır. Biz də müraciət etmişik. Dəqiqləşdirmə apardıqdan sonra ictimaiyyətə konkret sayla bağlı açıqlama verəcəyik”.

“Bu gün işarət dili çox məhşurdur. Bu dili öyrənmək istəyən adi insanlar da var. Biz təşkilat olaraq eşitmə məhdudiyyətli uşaqlarımıza  rəssam, zərgər, dərzi və digər bu kimi peşələri öyrədirik. Onlar çox məsuliyyətlidirlər. Qavrama qabiliyyətləri də yüksədir. Nə iş versən onu yerinə yetirirlər. Biz cəmiyyət olaraq onlardan yararlana bilərik”, – birlik sədri vurğulayıb.

C.Abdulova sentyabrın son həftəsinin hər il Beynəlxalq Eşitmə Məhdudiyyətlilər Günü kimi qeyd olunduğunu bildirib. Bu il də uşaqlarla birgə ulu öndər Heyər Əlievin 100 illiyinə həsr olunan xüsusi bir tədbir keçirəcəklərini  deyib.

Müxbir: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

18 oktyabr müstəqilliyimizin bərpası günüdür

Aynur Camal

Donald Tramp öz yerinə oturmazdan əvvəl qonşusunu qəzəbləndirdi!

Aynur Camal

Məktəb yaxınlığında bomba çaxnaşması!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu