19 C
Baku
8 Sentyabr 2024, 4:01
Baş xəbər

Eskişehirde 20 Yanvar hadisəsi anılıb

Bugun.tv xəbər verir ki. Eskişehir Azərbaycanlılar Dərnəyinin ənənəvi olaraq təşkil etdiyi “Çərşənbə Söhbətlər” çərçivəsində Eskişehir Azərbaycanlılar Dərnəyinin sədr müavini Sirac Yaquboğlu “Qara Yanvar- 20 Yanvar 1990” başlığı altında çıxış etdi. Çıxışda 20 Yanvar hadisəsi ilə bağlı məlumat verilib. Azərbaycan xalqının silahlı Sovet Ordusuna qarşı necə silahsız mübarizə aprdiği qeyd edilib. Sovet Ordusu tərəfindən dövlət televiziya qülləsi qəsdən partladılaraq insanların fövqəladə vəziyyətin elan olunmasından xəbərsiz olmaları vurğulanıb.Amansız Sovet ordusu silahsız insanlara rəhm etməyərək, evlərin eyvanlarına, işdən evə qayıdan insanların maşınlarına güllə atılmışdı. Əvvəllər Dağüstü Park olan ərazi bu hadisədən sonra Şəhidlər Xiyabanına çevrildi. Həmin günə damğasını vuran əfsanəvi sevgidən – İlham və Ferizədən danışılıbb. Bu hadisədən sonra şəhid olan 147 mülki azərbaycanlılardan olan İlhamın ölümünə dözməyən Fərizə intihar edərək həyat yoldaşı ilə birlikdə Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Yanvarın 20-də qanlı torpağa qırmızı qərənfillər düzüldüyündən qərənfil həmin günün simvoluna çevrildi. Daha sonra Sirac bəy Güney Azərbaycandan olan Azəryar bəy Danışverin müşayiəti ilə “Ağla, qərənfil, ağla” şeirini səsləndirdi. Sirac bəy bu şeiri yazan Məmməd Aslanın bu şeiri hansı hisslərlə yazdığından danışdı. Daha sonra Azəryar Danışver Bakıda bu hadisələrin baı verdiyi zaman Türkiyədəki reaksiya ilə bağlı qısa məlumat paylaşdı. Azərbaycanın müstəqillik yolunda mühüm rol oynamış 20 Yanvar hadisəsinin dünyaya və yaxın ətrafımıza tanıdılmasının nə qədər vacib olduğu vurğulanıb. Tədbir Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydının yekun nitqi ilə başa çatıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

YAP qalib xalqın qalib partiyasıdır

Aynur Camal

Çin lideri İrana başsağlığı verdi

İntizar Əmirova

Avtomobil orta refüje ağaclara çırpıldı: 3 ölü, 2 yaralı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu