Fransada prezident Emmanuel Makrona qarşı keçirilən nümayişlərdə 203-ü paytaxt Parisdə olmaqla 473 nəfər saxlanılıb. Yeni hökumətin dəyişdirildiyi Fransada etirazçılar prezident Emmanuel Makronun siyasətinə etiraz etmək üçün küçələrə axışıblar.
“Hər şeyi dayandıraq” şüarı ilə təşkil edilən etiraz aksiyaları xüsusilə paytaxt Parisdə şiddətə səbəb olub.
Etirazçılar polisə müxtəlif əşyalar atıb, yandırdıqları zibil qutuları ilə yolları bağlayıblar. Polis gözyaşardıcı qaz və su şırnaqları ilə cavab verib.
Paytaxtdakı “Forum des Halles” ticarət mərkəzi etirazçıların talanlara əl atacağı ilə bağlı narahatlıqlara görə bağlanıb.
Bu arada Parisin Şatelet rayonunda bir mağaza yanıb, metro stansiyası və ətrafında etirazçılar gözyaşardıcı qazla dəf edilib.
Ölkənin ikinci böyük şəhəri olan Marseldə etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etməklə polislə etirazçılar arasında gərginlik yaranıb.
Monpelye şəhər mərkəzi də zorakılığın şahidi olub, etirazçılara su şırnaqları vurulub.
Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə 550 yerdə nümayişlər keçirilib, 175 min nəfər iştirak edib.
Ümumilikdə 262 yol bağlanıb, yanğınsöndürənlər zorakılıq nəticəsində yaranan 267 yanğına müdaxilə edib. Bundan başqa, etirazlar zamanı 203-ü Parisdə olmaqla 473 nəfər saxlanılıb.
Saxlanılanlardan 339-u həbs edilib, 13 polis əməkdaşı isə sonrakı hadisələr zamanı yaralanıb.
Mənbə: EnSonHaber
