24 C
Baku
28 İyun 2025, 23:29
Baş xəbərSosial

Ev almaq üçün qonşu ölkələrə üz tutanların sayında atım var

Bugun.tv xəbər verir ki, mənzil sahibi olmaq istəyənlər region ölkələrinə daha çox axın edirlər. Bunu əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib. Onun sözlərinə görə, istər Türkiyə olsun, istər Gürcüstan və ya Rusiya, insanlar gedib bu ölkələrdən əmlak alırlar. “Ötən il Türkiyə demək olar ki, dünya rekordu oldu. Onminlərlə əmlak sırf xarici vətəndaşlar tərəfindən alındı. Amma ölkəmizdə çıxarış əmlak problemi olduğuna görə artıq nəinki xarici, yerli vətəndaşlarda da bu sahəyə maraq azalıb. Başqa bir tərəfdən biz ötən ilə baxsaq görərik ki, satılan daşınmaz əmlakların 60%-dən yuxarısı kredit, ipoteka yolları ilə alınıb. Çünki hər hansısa bir əmlakın bank kreditlə satılması üçün mütləq şəkildə onun çıxarışı olmalıdır”.

Ekspert E.Fərzəliyev deyir ki, bu gün bina evlərinin çıxarışlarının olması ciddi qiymət artımına şərait yaradır. Ancaq bu da bir realıqdır ki, vətəndaşların hamısının binadan ev almaq istəyi əlçatan deyil”,- ekspert əlavə edib.

Müəllif: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Yanğın: Restoran kül oldu

Teymur Əziz

Cənubi Koreya Şimali Koreyanın ballistik raketlər buraxdığını elan edib

Bugün TV

Pensiyaların orta aylıq məbləği artdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu