28 C
Baku
9 İyun 2025, 17:44
Baş xəbərKriminal

Ev dustağı olan şəxs yenidən cinayət törətdi

Ev dustaqlığında olan şəxs yenidən cinayət əməli törətdiyi üçün həbs olunub.

Bu barədə Bugun.tv-yə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Lənkəran şəhər sakini olan bir nəfər DİN-in “102” xidməti zəng mərkəzinə müraciət edərək gecə saatlarında naməlum şəxs tərəfindən pul və mobil telefonunun açıq talama yolu ilə alındığını bildirib. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli tərətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun sözügedən hadisədən bir neçə gün əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsi və oğurluq əməlinə görə saxlanılan, həbs olunmasından ötrü məhkəməyə vəsatətlə müraciət edilsə də, məhkəmə tərəfindən humanistlik göstərilərək barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən Riyad Əlizadə olduğu müəyyən edilib. Saxlanıldıqdan sonra həmin şəxsin üzərindən narkotik vasitə heroin və soyğunçuluq yolu ilə ələ keçirdiyi mobil telefon aşkarlanaraq götürülüb. Bununla bağlı R.Əlizadənin həbs olunmasından ötrü təkrarən rayon məhkəməsinə vəsatətlə müraciət edildikdən sonra onun barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Bugün TV

Oxşar xəbərlər

Abşeron rayonunda “Kalaşnikov” avtomatı satmaq istəyən şəxs saxlanıldı

Kəmalə Sultan

Gədəbəy şəhid ailələrinin üzvlərinin Şuşaya səfəri təşkil olundu

İntizar Əmirova

ABŞ seçkilərinin son günü: Harrislə Tramp arasında fərq nədir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu