26 C
Baku
8 İyun 2025, 20:57
Baş xəbərKriminal

Evdən məişət əşyaları oğurlandı

Binə qəsəbəsindəki evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Bugun.tv xəbər verir ki, Xəzər RPİ 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb.

Axtarışlar nəticəsində evin həyətindəki saxlanc yerindən dəyəri 32 min manatdan çox olan məişət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub.

Keçirilən əməliyyat tədbirləri ilə oğurluq əməlində şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Elmin Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Aynur Camal

Oxşar xəbərlər

Avstraliya Yaponiyanın AUKUS-a qoşulmasına icazə vermədi

Kəmalə Sultan

İki ölkənin XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Bugün TV

Dünyadan Ukraynaya jest

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu