23 C
Baku
9 İyun 2025, 23:54
Baş xəbərKriminal

Evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı

Saatlı Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanması barədə məlumat daxil olub.

Bu barədə Bugun.tv-yə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, daxil olan məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkənin qardaşı oğlu, əvvəllər məhkum olunmuş Elvin Vəliyev saxlanılıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxs cari ilin mart-iyun ayları ərzində qohumlarının ölkə hüdudlarından kənarda olmasından istifadə edərək dəfələrlə onlara məxsus evə qanunsuz daxil olub və otaqların birində olan seyfdən 5000000 rubl, 128800 dollar, 12000 avro, 50000 manat pul və 100000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb. Zərərçəkənlərə ümumilikdə 490000 manatdan çox maddi ziyan vuran E.Vəliyev oğurluq yolu ilə əldə etdiyi qənimətləri isə onlayn mərc oyunlarında uduzub.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Nigar Məmmədova

Oxşar xəbərlər

Rusiyada qadınlar etraz aksiyası keçirir

Aynur Camal

Evdə təbii qaz partlaması: 2 yaralı

İntizar Əmirova

Narkotik əməliyyatı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu