18 C
Baku
28 Oktyabr 2025, 3:33
Baş xəbərHadisə

Evin içində manqal yandıran şəxs xəstəxanaya yerləşdirildi

Bugun.tv xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə evinin içərisində manqalda yemək bişirmək istəyən şəxs zəhərlənərək xəstəxanaya yerləşdirilib. Yanğınsöndürmə briqadasının verdiyi məlumata görə, polis əməkdaşları dünən gecə bir yaşlı şəxsin xəstə olması barədə məlumat aldıqdan sonra Anderlext rayonundakı mənzilə gediblər.

TRT Haber-in məlumatına görə, Zabitlər evə daxil olanda dəm qazı siqnalının işlədiyini görüblər. Evdə yaşayan, yaşlı olduğu deyilən şəxsin tüstüdən zəhərləndiyi müəyyən edilib. Mənzildə təbii qaz xəttinin olmadığı, yemək bişirmək üçün qaz balonundan istifadə edildiyi, lakin balonun boş olduğu üçün mənzildə yaşayan şəxsin manqal yandırdığı müəyyən edilib. Hamamda manqal bişirərək yemək bişirmək istəyən mənzil sakini tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Zəhərlənən şəxsin müalicəsi davam etdirilir.

Könül Kərimova

Oxşar xəbərlər

Arıqlama dərmanının dəhşətli yan təsirləri barədə məlumat

Aynur Camal

50 nəfərin olduğu təyyarə yoxa çıxdı: Hissələri tapıldı

Aynur Camal

Bakıda körpəsini həyətə tullayan şəxsə AĞIR CƏZA

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu