25 C
Baku
19 İyul 2025, 23:40
Baş xəbərHadisəKriminal

Evdən 10 kiloqramdan artıq narkotik vasitə, həyətindən isə 14 ədəd çətənə kolu aşkarlandı

Salyan rayon sakininin evindən 10 kiloqramdan artıq narkotik vasitə, həyətindən isə 14 ədəd çətənə kolu aşkarlanıb

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Malik Hüseynov saxlanılıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı evindən 10 kiloqramdan artıq marixuana və 60 qrama yaxın tiryək, həyətyanı sahəsindən isə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Yeni- Uşaqlara qarşı işgəncələr davam edir

Bugün TV

Moskva və Vaşinqton yeni səfirin gəlişindən sonra məsləhətləşmələri bərpa edə bilər

Nigar Məmmədova

“Qarabağ” dünya reytinqində səkkiz pillə irəliləyib

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu