Baş xəbərHadisə

Evində tarixi əsərlər tapan şübhəli saxlanıldı

Bugun.tv xəbər verir ki, Mersinin mərkəzi Toroslar səmtində bir şübhəlinin evində aparılan axtarış zamanı tarixi əsər sayılan insan fiqurlu heykəllər ələ keçirilib. İl Jandarma Komandanlığından edilən açıqlamaya görə, qruplar kəşfiyyatı qiymətləndirərək Toroslar mahalının Arslanköy Məhəlləsində tarixi əsərə sahib olduğu təsbit edilən bir şəxsi təqib edib.

TRT Haber-in məlumatına görə, təqib və istintaqın ardından həyata keçirilən əməliyyatda şübhəli saxlanılarkən, evində və avtomobilində aparılan axtarışlar zamanı 6 insan fiqurlu heykəl ələ keçirilib. Ələ keçirilən materiallar araşdırılmaq üçün Mersin Muzey Müdirliyinə təhvil verilərkən, araşdırmanın davam etdiyi bildirilib.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Kağız və metal pul yox idi: Tarixin ən maraqlı 5 ödəniş vasitəsi

Aynur Camal

Hər söhbəti poza biləcək 10 mövzu açıqlandı

Aynur Camal

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu