22 C
Baku
27 İyul 2025, 10:13
Baş xəbərHadisəKriminal

Evinin zirzəmisində çətənə kolları yetişdirən şəxs tutuldu 

Bugun.tv xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində Maştağada yaşadığı evin zirzəmisində narkotik tərkibli çətənə bitkilərinin kultivasiyası ilə məşğul olan qəsəbə sakini Zaur Quliyev saxlanılıb. Evə baxış zamanı Zaur Quliyevin kultivasiya etdiyi çəkisi 11 kiloqram olan 96 ədəd çətənə kolu aşkar olunub.

Araşdırma zamanı saxlanılan şəxsin çətənə bitkilərini yetişdirmək üçün zirzəmidə xüsusi havalandırma, işıqlandırma sistemi yaratdığı və oranı ultrabənövşəyi şüalarla təmin etdiyi məlum olub. Ətrafda şübhə oyatmamaq üçünsə o, həmin zirzəmiyə girişi evin çöl hissəsindən yox, mənzildəki otaqların birindən açıb.

Faktla bağlı 14-cü Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Əvvəlcə söz olub…Cavanşir Feyziyev

Aynur Camal

Minik avtomobili ilə yük maşını toqquşdu

Kəmalə Sultan

Sürücü yük avtomobilini polisin üstünə sürdü

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu