24 C
Baku
28 İyun 2025, 23:33
Baş xəbərDünya

Evlənmək istəyənlər üçün “mərkəzlər” açıldı

Bugun.tv xəbər verir ki, İranın Gənclər və İdman Nazirliyinin Planlaşdırma və Sosial İnkişaf üzrə baş direktoru Mehdi Müttəkifer bildirib ki, ailə həyatı qurmağı asanlaşdırmaq üçün 15 əyalətdə 33 nöqtədə “cüt tapmaq mərkəzləri” açılıb.

İran Tələbələr Xəbər Agentliyinə (İSNA) danışan Müttəkifer ölkədə son illərdə gündəmdə olan evlənməmə probleminə qarşı atılan addımları açıqlayıb.

O açılan mərkəzlərin bir qisminin məscid və mədəniyyət mərkəzlərində yerləşdiyini və pulsuz xidmət göstərdiyini, bəzi mərkəzlərin isə xidmətlərinə görə ödəniş aldığını bildirib.

İran Statistika İnstitutunun saytının məlumatına görə, ölkə əhalisinin sayı 85 milyon 56 min 136 nəfərdir.

Son illər İran rəsmilərinə ölkədə əhalinin artım tempinin azalması və cəmiyyətin qocalması ilə bağlı dəfələrlə xəbərdarlıq edilib.

İranın səhiyyə nazirinin müşaviri Məhəmməd İsmayıl Əkbəri bildirib ki, İran doğum nisbətinin azalması səbəbindən 30 ildən sonra dünyanın ən yaşlı ölkəsi olacaq.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

“Qəzzada atəşkəs razılaşması olsa, İran İsrailə hücum etməyəcək”

Aynur Camal

Berlində Məhəmməd Füzulinin 530 illik yubileyi qeyd olunub

Aynur Camal

Dmitri Peskov: “Fransa və Britaniyanın nüvə arsenalı ABŞ-ın nəzarəti altındadır”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu