33 C
Baku
20 İyul 2025, 19:15
DünyaHadisə

Evlilik saytında tanış olduğu 15 nəfərlə evləndi

Bugun.tv xəbər verir ki, Hindistanda evlilik saytları vasitəsilə tanış olduğu 15 qadınla evlənən və onlardan bəzilərinin uşaqları olan 35 yaşlı kişi saxlanılıb.

“Hindistan Times” qəzetinin məlumatına görə, şübhəli Mahesh KB Nayak qadınları evlənməyə razı salmaq üçün özünü həkim və ya mühəndis kimi təqdim edib.

Dul qadınları hədəfə alan Nayakın 2014-cü ildən bəri 15 qadınla evləndiyi və onlardan 4-ü uşaq sahibi olduğu açıqlanıb.

Həmçinin qeyd olunub ki, Nayak hətta ibtidai məktəb məzunu olmasa da, özünü həkim kimi təqdim edərək tanış olduğu qadınlara təsir etməyə çalışıb, klinika açmaq üçün qadınlardan pul istəyib.

Polisin verdiyi məlumata görə, Tumakuru şəhərində bu il evləndiyi 45 yaşlı proqram mühəndisi qadının şikayəti ilə saxlanılan Nayakın atası tərəfindən də şikayət daxil olduğu üzə çıxıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

İran körfəzdə İsrail tankerinə hücum edib

Aynur Camal

Ana və uşaqlarını 60 bıçaq zərbəsi ilə qətlə yetirdi

Kəmalə Sultan

Ukrayna Silahlı Qüvvələrinin DXR-i atəşə tutması nəticəsində 4 nəfər öldü, 6 nəfər yaralandı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu