Bugun.tv xəbər verir ki, Samsunun Havza rayonunda iki avtomobil toqquşub, daha sonra maşınlardan biri yük maşınına çırpılıb. Qəza nəticəsində 3 nəfər xəsarət alıb.
TRT Haber-in məlumatına görə, Değirmenüstü Məhəlləsi Hilmi Tunalı küçəsində 20 yaşlı Ufuk Polatın idarə etdiyi avtomobil qarşı tərəfdən gələn 26 yaşlı Səməd Yeşilnarın idarə etdiyi avtomobillə toqquşub. Zərbənin təsirindən avtomobil sürüşərək yolun kənarında dayanan yük maşınına çırpılıb. Qəza nəticəsində Yeşilnarla eyni avtomobildə olan Muhammet Ağsaqqal və Eyüp Aslan yaralanıb. Xəbər verildikdən sonra hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib. Yaralılar sağlamlıq qrupları tərəfindən Havza Dövlət Xəstəxanasına aparılıb.
Müxbir: İntizar Əmirova