Bugun.tv xəbər verir ki, Elazığda əyləcinin partlayaraq 2 avtomobilə çırpılması nəticəsində biri ağır olmaqla 16 nəfər, o cümlədən tələbələr yaralanıb.
TRT Haber-in məlumatına görə, sürücünün adı məlum olmayan, Mərkəzi Yurtbaşı qəsəbə bələdiyyəsinə məxsus və proqram üçün tələbələri daşıyan midibüs, Hastanesi prospektinin Pertek qovşağında əyləclərinin partlaması nəticəsində minik avtomobilinə və yüngül ticari avtomobilə çırpılıb. Xəbər verildikdən sonra hadisə yerinə 112 Təcili Tibbi Yardım və polis qrupları göndərilib. Qəzada 1-i ağır olmaqla 16 nəfər, o cümlədən tələbələr yaralanıb. Yaralılar sağlamlıq qrupları tərəfindən şəhərdəki xəstəxanalara aparılıb.
Müxbir: İntizar Əmirova
