25 C
Baku
27 İyul 2025, 1:46
Baş xəbərDünya

Əyləncə məkanının damı uçdu, 113 nəfər öldü

Karib hövzəsinin ən məşhur turizm ölkələrindən biri olan Dominikan Respublikası paytaxtı Santo Dominqoda baş verən böyük fəlakətlə sarsılıb.

Şəhərdəki məşhur əyləncə məkanının damının uçması nəticəsində ölənlərin sayı 113-ə çatıb. Hadisə zamanı içəridə 300-ə yaxın adamın olduğu təxmin edilir.

Fəlakətdən sonra hadisə yerinə gələn qruplar axtarış-xilasetmə işlərini davam etdirir. 255-dən çox yaralı dağıntılar altından çıxarılaraq müxtəlif xəstəxanalara aparılıb, lakin səlahiyyətlilər ölənlərin sayının arta biləcəyindən ehtiyat edirlər.

ÖLƏNLƏR ARASINDA DOMINIKANLI ARTİST DƏ OLUB

Faciənin miqyasını açıqlayan xəbərdə, Təcili Əməliyyatlar Mərkəzinin (COE) direktoru Xuan Manuel Mendez ölənlərin sayının 113-ə çatdığını açıqlayıb. Mendez çökmə zamanı konsert verən məşhur sənətçi Rubby Perezin də həyatını itirdiyini bildirilib.

Hadisədən sonra bölgəyə gedən Dominikan Respublikasının prezidenti Luis Abinader dərin hüznlə kədərləndiyini bildirib və ölkədə 3 günlük milli matəm elan edib. Əraziyə baxış keçirən Abinader səlahiyyətlilərdən ətraflı araşdırma aparmağı xahiş edib.

Uçqunun səbəbi ilə bağlı hələ rəsmi açıqlama verilməsə də, ekspert qrupları hadisə yerində texniki müayinələrini davam etdirir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Aİ Rusiyanın dondurulmuş aktivlərini Ukraynaya köçürür

Aynur Camal

Sənədsiz ov tüfəngini polisə təhvil verildi

Kəmalə Sultan

Zelenski Rusiyaya danışıqların pozula biləcəyi barədə xəbərdarlıq edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu